Rəşad Sadıqovun “Qarabağ”ın U-19 komandasının baş məşqçi postunda əvəzlənmə səbəbi məlum olub

Rəşad Sadıqovun “Qarabağ”ın U-19 komandasının baş məşqçi postunda əvəzlənmə səbəbi məlum olub Əmrah Çelikəl: "Gələcəkdə onun yenidən öz postuna qayıdacağını istisna etmirik”
Futbol
6 Sentyabr , 2017 16:20
Rəşad Sadıqovun “Qarabağ”ın U-19 komandasının baş məşqçi postunda əvəzlənmə səbəbi məlum olub

Bakı. 6 sentyabr. REPORT.AZ/ UEFA Gənclər Liqasında mübarizə aparacaq “Qarabağ”ın U-19 komandasının baş məşqçi postunda Rəşad Sadıqovun Aftandil Hacıyevlə əvəzlənməsinin səbəbi məlum olub.

Bu barədə “Report”a Ağdam təmsilçisinin icraçı direktoru Əmrah Çelikəl məlumat verib.

O, bildirib ki, dəyişikliyə səbəb Sadıqovun kapitanı olduğu “Qarabağ”ın əsas komandasının da Çempionlar Liqasının (ÇL) qrup mərhələsində çıxış etməsidir: “Qarabağ” daha əvvəl AFFA-nın təşkil etdiyi U-19 Liqasının qalibi kimi Gənclər Liqasına vəsiqə qazanıb. Lakin daha sonra əsas komandamız ÇL-in qrupuna düşüb. Belə olan halda, Sadıqovun baş məşqçi kimi U-19-u meydana çıxarması mümkünsüzdür. Çünki “Qarabağ” və “Çelsi”nin U-19-ları arasındakı görüş əsas komanda ilə eyni gündə - sentyabrın 12-dədir. Digər qrup matçları da bu cür olacaq. Ona görə də U-19-u müvəqqəti olaraq Aftandil Hacıyevə həvalə etməyi məqsədəuyğun saydıq. Gələcəkdə Sadıqovun yenindən öz postuna qayıtmasını istisna etmirik”.

Qeyd edək ki, sentyabrın 12-də Londonda “Qarabağ” və “Çelsi”nin U-19 komandaları arasında keçiriləcək görüş Bakı vaxtı ilə saat 14:05-də, əsas komandaların oyunu isə saat 22:45-də başlayacaq.

Son xəbərlər

Orphus sistemi