Rəşad Sadıqov "Zirə"nin yox, Azərbaycanın qələbəsindən danışdı

Rəşad Sadıqov "Zirə"nin yox, Azərbaycanın qələbəsindən danışdı “İcazə verirsinizsə, bu gün futboldan danışmaq istəmirəm. Məncə, indi futboldan danışmaq o qədər də vacib deyil. Dövlətimizi, xalqımızı, rəşadətli ordumuzu böyük zəfər münasibətilə təbrik edirəm”. "Report"un məlumatına görə, bunu “Zirə”nin baş məşqçis
Futbol
8 Noyabr , 2020 19:45
Rəşad Sadıqov Zirənin yox, Azərbaycanın qələbəsindən danışdı

"İcazə verirsinizsə, bu gün futboldan danışmaq istəmirəm. Məncə, indi futboldan danışmaq o qədər də vacib deyil. Dövlətimizi, xalqımızı, rəşadətli ordumuzu böyük zəfər münasibətilə təbrik edirəm".

"Report"un məlumatına görə, bunları “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov səfərdə "Sabah" komandasına 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının IX tur matçından sonra mətbuat konfransında deyib.

38 yaşlı mütəxəssis tarixin qələbə sevincini yaşadanlara təşəkkürünü bildirib: "Çox şanslıyıq ki, bu tarixi zəfərləri canlı görürük. Hər bir əsgərimizin, zabitimizin alnından öpürük, bağrımıza basırıq. Arzu edirik ki, işğal altında olan torpaqlarımızın hər qarışı geri qaytarılsın. İnşallah, tezliklə Qarabağda və digər rayonlarımızda da bayrağımız sancılar. Bu zəfər yaxındır”.

Son xəbərlər

Orphus sistemi