Rəşad Sadıqov: "Rəqibin ustalığı göz qarşısındaydı"

Rəşad Sadıqov: "Rəqibin ustalığı göz qarşısındaydı" "Biz əlimizdən gələni etdik ki, azarkeşləri utandırmayaq"
Futbol
27 Noyabr , 2015 01:20
Rəşad Sadıqov: Rəqibin ustalığı göz qarşısındaydı

Bakı. 27 noyabr. REPORT.AZ/ "Oyun çox ağır keçdi. Rəqibin ustalığı göz qarşısındaydı. Biz də mübarizə apardıq. Çalışdıq hücumların qarşısını alaq. Amma sonda elə oldu ki, duran toptan qol buraxdıq və məğlub olduq". "Report"un məlumatına görə, bunu "Qarabağ"ın müdafiəçisi və kapitanı Rəşad Sadıqov "Tottenhem"inə 0:1 hesabı ilə uduzduqları Avropa Liqasının V tur matçından sonra deyib.

Rəşad Sadıqov qeyd edib ki, Avropa oyunlarında standart vəziyyətlə mübarizə aparmaq çox çətindir. Çünkü "Qarabağ" futbolçularının boyu rəqiblə müqayisədə çox qısadır.

"İstər "Monako", istər "Anderleht", istərsə də "Tottenhem"ın heyətlərində həm ucaboylu həm də ustalığı yaxşı olan futbolçular var. Bu tip oyunçuların qiymətləri də 10-15 milyon olur. Biz isə texnikaya üstünlük veririk. Lakin boyumuz qısadır. Məsələn, bu gün 14-15 künç zərbəsi oldu - rəqiblər onun birindən istifadə edə bildilər", - deyə kapitan qeyd edib.

Onin sözlərinə görə, "Qarabağ" səfərdə "Anderleht"lə də mübarizə aparmağa çalışacaq: "Çətin də olsa sona qədər mübarizə aparacağıq".

Qarabağ"ın kapitanı sonda komandaya dəstək verən azarkeşlərə də minnətdarlığını bildirib: "Biz əlimizdən gələni etdik ki, azarkeşləri utandırmayaq. Qələbə də qazana bilərdik. Yaxşı qol imkanlarımız oldu. Zədələrimiz də çox idi. Bu səbəbdən tam istədiyimiz oyuna yaxınlaşa bilmədik".

Son xəbərlər

Orphus sistemi