Rəşad Sadıqov: "İlk qol vaxtında gəldi"

Rəşad Sadıqov: "İlk qol vaxtında gəldi" İlk matçdan sonra bu gün belə ssenari gözləyirdik. Birinci mərhələdə oyunumuzun bu cür rəngarəng alınmasını xatırlamıram.
Futbol
18 İyul , 2019 00:18
Rəşad Sadıqov: İlk qol vaxtında gəldi

"İlk matçdan sonra bu gün belə ssenari gözləyirdik. Birinci mərhələdə oyunumuzun bu cür rəngarəng alınmasını xatırlamıram".

"Report" xəbər verir ki, bunları "Qarabağ"ın kapitanı Rəşad Sadıqov Albaniya "Partizani"sini Çempionlar Liqasının I təsnifat mərhələsində 2:0 hesabı ilə məğlub etdikləri cavab oyununda sonra söyləyib.

38 yaşlı müdafiəçi təmkinli oynayaraq qalib gəldiklərini bildirib: "İkinci hissədə sürəti artırmağa məcbur olduq. Rəqib çox yaxşı müdafiə olunurdu. Fasilədən sonra oyunumuz daha yaxşı alındı və qələbə qazandıq. İlk qol vaxtında gəldi. Bir az gec olsaydı, bəlkə də həyəcan da başlayardı. Qurban müəllim fasilədə dedi ki, hələ tələsməyin, həyəcanlanmayın, lap 90-cı dəqiqədə, əlavə vaxtda da qol vura bilərik, hesaba fikir verməyin.

Onların da qol vurmasına hazırlaşmışdıq. Rəqibin 1 imkanı oldusa, bizdə əlavə 4-5 qol şansı vardı. Çox şeyə hazırlaşırsan, alınacaq-alınmayacaq bilmək olmur. Bəlkə də rəqib hesabı bərabərləşdirsəydi, həlledici məqam o olardı".

Sadıqov ll təsnifat mərhələsindəki rəqiblərindən də danışıb: "Növbəti mərhələdə "Dandolk"la düşdük. İlk dəfə olaraq İrlandiya çempionu ilə qarşılaşacağıq. Bizi uzun yol gözləyir. Səhv etmirəmsə, süni örtüklü meydançada oynayırlar".

Son xəbərlər

Orphus sistemi