Rəşad Sadıqov Elxan Məmmədovla görüşündən danışdı

Rəşad Sadıqov Elxan Məmmədovla görüşündən danışdı AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovla budəfəki görüşüm xüsusi reaksiyaya səbəb oldu. Bu barədə saytlarda xəbərlər, yazılar getdi.
Futbol
27 İyun , 2020 13:56
Rəşad Sadıqov Elxan Məmmədovla görüşündən danışdı

"AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovla budəfəki görüşüm xüsusi reaksiyaya səbəb oldu. Bu barədə saytlarda xəbərlər, yazılar getdi". 

Bu fikirləri “Report”un “Instagram” səhifəsində canlı yayımda Azərbaycan millisinin və "Qarabağ"ın sabiq kapitanı Rəşad Sadıqov deyib.

Karyerasını başa vuran 38 yaşlı keçmiş müdafiəçi aralarındakı görüşlərinin daimi olduğunu bildirib. 

Sadıqovun sözlərinə görə, bu, birinci və axırıncı görüş deyil: "Onunla telefon vasitəsilə də ünsiyyətdə oluruq. Hər zaman uğurlarımızda bizi təbrik edir, millinin yaxşı nəticələri olanda mən də təbrik edirəm. O, AFFA-nın baş katibi olduqdan sonra belə münasibətlərimiz var. Görüş mövsümün əvvəlində olmuşdu. Bir müddət idi görüşmürdük. Adi görüşlərdən biri idi, futbolu müzakirə etdik və başqa məsələlərdən danışdıq. Xüsusi görüş deyildi. Görüşlər əvvəl də olub, bundan sonra da ola bilər".

Son xəbərlər

Orphus sistemi