AFFA-nın növbəti konfransı keçirilib - YENİLƏNİB

AFFA-nın növbəti konfransı keçirilib - YENİLƏNİB Bulvar otelində AFFA-nın XXVIII növbəti konfransı işə başlayıb.
Futbol
28 Yanvar , 2020 11:08
AFFA-nın növbəti konfransı keçirilib - YENİLƏNİB

Bulvar otelində AFFA-nın XXVIII növbəti konfransı işə başlayıb. 

"Report"un məlumatına görə, tədbirdə ötən ilin hesabatı verilib və seçkilər keçirilib.

İcraiyyə Komitəsi üzvlərinin sayı isə 13-ə çatdırılıb. Toplantıda Gənclər və İdman naziri Azad Rəhimov, FİFA və UEFA nümayəndələri iştirak ediblər.

Nazir çıxışında konfrans iştirakçılarını salamlayıb. O, idmana dövlət qayğısını xüsusi vurğulayaraq, futbolun hamı tərəfindən sevildiyini bildirib. A.Rəhimov xüsusən Avropa Liqasının final matçının Bakıda keçirildiyini və bu il AVRO-2020-nin dörd oyununun Azərbaycan paytaxtında təşkil olunacağını vurğulayıb. O, AFFA-nın ölkədə kütləviliyin inkişafı istiqamətində gördüyü işləri xüsusi qeyd edərək, nazirliyin də bu işdə əlindən gələn dəstəyi verdiyini söyləyib.

A.Rəhimov bütün namizədlərə uğurlar arzulayıb. O, Tokio-2020 Yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarına futbolçuların da dəstək olacağına ümidvar olduğunu bildirib.

AFFA-nın baş katibi Elxan Məmmədov konfransda 35 nümayəndənin hamısının iştirak etdiyini söyləyib.

Könüllülərlə iş üzrə menecer Yusif Vəliyev bu sahədə görülmüş işlərin hesabatını verib. O, ilk dəfə 2009-cu ildə Azərbaycan və Uels yığmaları arasındakı DÇ-2010-un seçmə oyununda 150, ötənilki Avropa Liqasının final matçında 3020 könüllünün xidmətindən istifadə olunduğunu söyləyib. O, finaldakı iştirak sayının FİFA və UEFA tərəfindən rekord kimi qiymətləndirildiyini diqqətə çatdırıb. AVRO-2020-nin Bakıda keçiriləcək oyunları üçün 6797 könüllünün qeydiyyatdan keçdiyini də açıqlayan Y.Vəliyev bunun digər təşkilatçı şəhərlər arasında ən yüksək göstərici olduğunu söyləyib.

AFFA prezidentliyinə yeganə namizəd olan Rövnəq Abdullayev 4-cü dəfə bu vəzifəyə seçilib. O, göstərilən etimada görə futbol ictimaiyyətinin nümayəndələrinə təşəkkürünü bildirib. R.Abdullayev AVRO-2020 kimi tədbirlərin ardının gələcəyini və Azərbaycan futbolunu qarşıdakı dövrdə daha yüksək səviyyəyə çatdıracaqlarına ümidvar olduğunu əlavə edib.

İcraiyyə Komitəsinin üzvləri

AFFA prezidenti

Rövnəq Abdullayev


Regional Futbol Federasiyaları İctimai Birliyi – 3 yer

1. İsgəndər Cavadov – Qərb Regional Futbol Federasiyası tərəfindən

2. Kazbek Tuayev – Regional Futbol Federasiyaları İctimai Birliyi tərəfindən

3. Elxan Məmmədov – Şimal Regional Futbol Federasiyası tərəfindən

Peşəkar Futbol Liqası İctimai Birliyi – 5 yer

1. Zaur Axundov – “Keşlə” FK tərəfindən

2. Rauf Əliyev – “Səbail” FK tərəfindən

3. Vaqif Sadıqov – “Sumqayıt” FK tərəfindən

4. Elşad Nəsirov – “Neftçi” PFK tərəfindən

5. Fərid Mansurov – Peşəkar Futbol Liqası İctimai Birliyi tərəfindən

Sahə Futbol Federasiyaları İctimai Birliyi – 2 yer

1. Firudin Qurbanov – Tələbə Futbol Federasiyası tərəfindən

2. Mahir Məmmədov – Futzal Federasiyası tərəfindən

İctimai Futbol Təşkilatları İctimai Birliyi – 2 yer

1. Elmar Məmmədyarov – Ümumazərbaycan Futbolsevərlər Birliyi tərəfindən

2. Könül Mehtiyeva – İctimai Futbol Təşkilatları İctimai Birliyi tərəfindən

Son xəbərlər

Orphus sistemi