Renat Dadaşov "Tottenhem"lə matçda iki qol vurdu - VİDEO
- 03 mart, 2020
- 04:46
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan millisinin futbolçusu Renat Dadaşov İngiltərənin "Vulverhempton" klubunun U-23 komandasında növbəti oyununu keçirib.
"Report"un məlumatına görə, 21 yaşlı hücumçu XVIII turda "Tottenhem"la matçda iştirak edib. Gənc forvard görüşə start heyətində başlayıb və sonadək meydanda olub.
Qarşılaşma "Vulverhempton"un 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Komandanın hər iki qolunu Renat Dadaşov vurub. O, 77-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib, 85-ci dəqiqədə isə qapıçı ilə təkbətək dueldən qalib ayrılıb.
Qeyd edək ki, "Vulverhempton" U-23 liqasının əsas qrupunda 11 xalla 12-ci - sonuncu, "Tottenhem" isə 21 xalla 10-cu yerdədir.
Renat Dadashov wins and scores a penalty for his efforts tonight.
— Wolves Academy (@WolvesAcademy) March 2, 2020
Watch live ð https://t.co/C5IOZ5brIb
ð¦ð¿ðº pic.twitter.com/VZOP7tHTsc
Sondergaard with the assist!!
— Wolves Academy (@WolvesAcademy) March 2, 2020
Dadashov's second of the game...
Watch live ð https://t.co/C5IOZ5brIb
ð¦ð¿ðº pic.twitter.com/2lKGTaGEXU