Renat Dadaşov "Liverpul"la matçda komandasına penalti qazandırdı
Futbol
- 18 fevral, 2020
- 04:58
Renat Dadaşov
Azərbaycan millisinin futbolçusu Renat Dadaşov İngiltərənin "Vulverhempton" klubunun U-23 komandasında növbəti matçını keçirib.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda XVII turda "Liverpul"la üz-üzə gəlib. Qarşılaşma "Vulverhempton"un 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. 21 yaşlı hücumçu görüşə start heyətdə başlayıb və sona qədər meydanda olub.
71-ci dəqiqədə meydan sahibləri 0:1 hesabı ilə geridə olarkən cərimə meydançasında Dadaşova qarşı kobudluq edilib və forvard komandasına penalti vurmaq imkanı qazandırıb.
Penaltini isə onun komanda yoldaşı Chem Kempbell dəqiq yerinə yetirib.
Qeyd edək ki, "Liverpul" 17 turdan sonra birinci qrupda 26 xalla 5-ci, "Vulverhempton" isə 11 xalla sonuncu - 12-ci yerdədir.
Son xəbərlər
23:25
Gürcüstanın Baş naziri Almaniya səfirinin fəaliyyətini tənqid edib
Region23:08
Foto
Leyla Əliyeva "Neft bumu hamıya gülümsəyir" festivalının açılışında iştirak edib
Ədəbiyyat23:04
Kobaxidze: Biz ABŞ ilə strateji tərəfdaşlığı təmiz səhifədən bərpa etmək istəyirik
Digər ölkələr22:57
İslamiada: Azərbaycanın 3x3 basketbol millisi ikinci oyununu da qələbə ilə başa vurub
Komanda22:50
Foto
Azərbaycanla İtaliya hərbi təhsil sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Hərbi22:47
ABŞ Konqresi Rusiyaya qarşı yeni sanksiyalar barədə qanun layihəsini irəli sürəcək
Digər ölkələr22:38
Bakıda 15 yaşlı yeniyetmə qətlə yetirilib, saxlanılan var
Hadisə22:37
KİV: Hindistanlı kişi qəzada 18 qohumunu itirib
Digər ölkələr22:20