Region Liqasında ilk finalçı müəyyənləşib

Region Liqasında ilk finalçı müəyyənləşib AFFA-nın təşkil etdiyi Region Liqasında ilk finalçı müəyyənləşib.
Futbol
22 Aprel , 2019 15:44
Region Liqasında ilk finalçı müəyyənləşib

AFFA-nın təşkil etdiyi Region Liqasında ilk finalçı müəyyənləşib.

“Report” xəbər verir ki, yarımfinalda “Araz Naxçıvan”ı 3:0 hesabı ilə məğlub edən “Uğur” həlledici görüşə vəsiqə qazanıb.

Sumqayıt təmsilçisinin heyətində Anar Ağayev, Ülvi Quliyev və Azərbaycan millisinin sabiq hücumusu Vüqar Nadirov fərqlənib.

Qeyd edək ki, “FC Baku” və “Şahdağ” (Qusar) arasında bu günə nəzərdə tutulan digər yarımfinal oyunu qeyri-müəyyən müddətə təxirə salınıb. Buna səbəb paytaxt təmsilçisi ilə “Füzuli” arasında keçirilmiş matçın nəticəsinin manipulyasiyası şübhəsi ilə AFFA-ya məlumat daxil olmasıdır. 

Son xəbərlər

Orphus sistemi