Referini vuran futbolçu 10 il müddətinə diskvalifikasiya olundu

Referini vuran futbolçu 10 il müddətinə diskvalifikasiya olundu Özbəkistan Pro-liqasının XX turunun "Neftçi" - "Turan" oyunundan sonra kütləvi dava zamanı referini vuran meydan sahiblərinin futbolçusu Camşid Turakulov sərt cəzalandırılıb.
Futbol
9 Dekabr , 2020 19:39
Referini vuran futbolçu 10 il müddətinə diskvalifikasiya olundu

Özbəkistan Pro-liqasının XX turunun "Neftçi" - "Turan" oyunundan sonra kütləvi dava zamanı referini vuran meydan sahiblərinin futbolçusu Camşid Turakulov sərt cəzalandırılıb.

"Report" Özbəkistan Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, hücumçu 10 il müddətinə futboldan kənarlaşdırılıb.

Onun komanda yoldaşı Doston Toşmatov isə referinin köməkçilərinə qarşı aqressiv hərəkətə görə 10 oyunluq diskvalifikasiya olunub.

Həmçinin davada iştirak etmiş digər 3 oyunçunun futbolla bağlı fəaliyyətinə 1 illik qadağa qoyulub. Bundan başqa, klub təqribən 10 000 ABŞ dolları məbləğində cərimələnib. Komanda qarşıdakı 3 ev matçını azarkeşsiz keçirməli olacaq.

Qeyd edək ki, "Neftçi"nin 0:1 hesabı ilə uduzduğu oyundan sonra azarkeşlərin də iştirakı ilə kütləvi dava düşüb.

Son xəbərlər

Orphus sistemi