“Real” Mbappe və Holandı almağı planlaşdırır

“Real” Mbappe və Holandı almağı planlaşdırır "Real" rəhbərliyi PSJ-nin hücumçusu Kilian Mbappeni və "Borussiya"nın hücumusu Erlinq Holandı komandada görmək istəyir.
Futbol
404
30 Noyabr , 2020 08:36
“Real” Mbappe və Holandı almağı planlaşdırır

"Real" futbol klubunun rəhbərliyi PSJ-nin hücumçusu Kilian Mbappeni və "Borussiya"nın hücumçusu Erlinq Holandı komandada görmək istəyir.

“Report” xəbər verir ki, bu barədə AS bildirib.

Məlumata görə, "Real" 2021-ci ildə Mbappenin transferini həyata keçirməyi planlaşdırır, 2022-ci ildə isə Holandın keçidini rəsmiləşdirməyə hazırlaşır.

Mbappe PSJ-yə 2017-ci ilin yayında "Monako"dan keçib. Futbolçu “parislilər”ə əvvəlcə icarə əsasında qoşulub. Daha əvvəl bildirilirdi ki, “Real Madrid" Mbappe ilə maraqlanır.

Erlinq Holand isə 2020-ci ilin yanvarında "Borussiya"nın oyunçusu olub. O, bu komandaya Avstriya klubu "RB Zalsburq"dan 20 milyon avroya keçid alıb. Holand bu il alman klubunda bütün yarışlarda 31 görüş keçirib, 33 qol vurub, 6 məhsuldar ötürmə edib.

Son xəbərlər

Orphus sistemi