"Real Madrid" - "Yuventus" matçının bütün biletləri 8 dəqiqəyə satılıb

"Real Madrid" - "Yuventus" matçının bütün biletləri 8 dəqiqəyə satılıb Bakı. 27 mart. REPORT.AZ/ İspaniyanın Real Madrid və İtaliyanın Yuventus komandaları arasında keçiriləcək futbol üzrə Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunu üçün biletlər qısa müddətdə satılıb.
Futbol
27 Mart , 2018 12:53
Real Madrid - Yuventus matçının bütün biletləri 8 dəqiqəyə satılıb

Bakı. 27 mart. REPORT.AZ/ İspaniyanın "Real Madrid" və İtaliyanın "Yuventus" komandaları arasında keçiriləcək futbol üzrə Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunu üçün biletlər qısa müddətdə satılıb.

"Report"un "Marca"ya istinadən verdiyi məlumata görə, satış başlandıqdan 8 dəqiqə sonra bütün biletlər bitib. "Santyaqo Bernabeu" stadionunda baş tutacaq görüşdə "Real Madrid"in 76 min, "Yuventus"un 4 minədək azarkeşi olacaq. İlk oyunun biletləri isə bir neçə saat ərzində tükənib.

Qeyd edək ki, bu komandalar arasında ilk matç aprelin 3-də, cavab qarşılaşması isə aprelin 11-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi