"Real Madrid" "The Best"in nəticələrindən razı deyil

"Real Madrid" "The Best"in nəticələrindən razı deyil Vinisius Juniorun ilin rəmzi komandasına düşməməsi "kral klubu"nu narahat edib
Futbol
1 Mart , 2023 09:46
Real Madrid The Bestin nəticələrindən razı deyil

İspaniyanın "Real Madrid" klubu FIFA-nın təsis etdiyi "The Best" mükafatlandırma mərasiminin nəticələrindən narazı qalıb.

"Report" AS nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisinin rəhbərliyi ötən il UEFA Çempionlar Liqası, La Liqa, UEFA Super Kubokunda qalib olmalarına baxmayaraq, komandanın oyunçularının diqqətdən kənarda qalmasından məmnun deyil.

Klub dörd ay əvvəl hücumçu Kərim Benzemanın "Qızıl Top", qapıçı Tibo Kurtanın Lev Yaşin mükafatını qazanmasını əsas gətirərək nəticədən razı olmayıb. Bundan əlavə, Vinisius Juniorun ilin rəmzi komandasına düşməməsi "kral klubu"nu narahat edib.

Qeyd edək ki, səsverməyə əsasən Lionel Messi "The Best" mükafatına layiq görülüb. Ən yaxşı qapıçı nominasiyasında isə onun həmyerlisi Emiliano Martines fərqləndirilib. Argentina yığmasına rəhbərlik edən Lionel Skaloni isə ən yaxşı baş məşqçi adına layiq görülüb.

Son xəbərlər

Orphus sistemi