"Real Madrid" Serxio Ramosa 1 illik müqavilə təklif edir

"Real Madrid" Serxio Ramosa 1 illik müqavilə təklif edir İspaniyanın "Real Madrid" klubu kapitanı Serxio Ramosla müqavilənin müddətini uzatmağa hazırdır.
Futbol
473
26 Oktyabr , 2020 13:11
Real Madrid Serxio Ramosa 1 illik müqavilə təklif edir
Serxio Ramos
0 : 00
0 : 00

İspaniyanın "Real Madrid" klubu kapitanı Serxio Ramosla müqavilənin müddətini uzatmağa hazırdır.

"Report" AS nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi 34 yaşlı futbolçuya 1 illik müqavilə təklif edib. "Kral klubu" təcrübəli müdafiəçi ilə əməkdaşlığı 2022-ci ilin yayına qədər davam etdirmək niyyətindədir.

Tərəflər ilin sonuna yaxın yeni sözləşmə imzalaya bilər. Lakin Ramosun yay transfer dönəmində komandadan ayrılmaq ehtimalı da mümkündür.

Qeyd edək ki, Serxio Ramosun "Real Madrid"lə müqaviləsi 2021-ci ilin yayında başa çatacaq. O, Madrid klubu ilə 22 kubok qazanıb.

Son xəbərlər

Orphus sistemi