“Real Madrid” Ronaldunu yenidən kluba qaytarmaq istəyir

“Real Madrid” Ronaldunu yenidən kluba qaytarmaq istəyir İngiltərənin "Mançester Yunayted" komandasının portuqaliyalı hücumçusu Kriştianu Ronaldu "Real Madrid"ə qayıda bilər.
Futbol
1 May , 2022 09:14
“Real Madrid” Ronaldunu yenidən kluba qaytarmaq istəyir

İngiltərənin "Mançester Yunayted" komandasının portuqaliyalı hücumçusu Kriştianu Ronaldu "Real Madrid"ə qayıda bilər.

“Report” xəbər verir ki, bu barədə “Mirror” məlumat yayıb.

Nəşrin məlumatına görə, “kral” klubu Ronaldunun transferində maraqlıdır. Bir gün əvvəl mediada Kriştianonun Madridə mümkün qayıdışı ilə bağlı məlumat yayılmışdı.

Qeyd edək ki, Ronaldu 2009-2018-ci illərdə "Real Madrid"də çıxış edib.

O, bu mövsüm "Mançester Yunayted"in heyətində 28 oyuna çıxıb və 3 qol vurub.

Ralf Ranqnikin yetirmələri 35 turdan sonra 55 xal toplayaraq İngiltərə çempionatının turnir cədvəlində altıncı yerdə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi