"Real Madrid" öz meydanında məğlubiyyətdən son dəqiqələrdə xilas oldu

"Real Madrid" öz meydanında məğlubiyyətdən son dəqiqələrdə xilas oldu Futbol üzrə İspaniya La Liqasında XXV turunun matçında “Real Madrid" "Real Sosedad"la qarşılaşıb
Futbol
2 Mart , 2021 03:44
Real Madrid öz meydanında məğlubiyyətdən son dəqiqələrdə xilas oldu

Futbol üzrə İspaniya La Liqasında XXV turunun matçında “Real Madrid" "Real Sosedad"la qarşılaşıb.

“Report” xəbər verir ki, görüş Madriddə "Alfredo di Stefano" stadionunda keçirilib və 1:1 hesabı ilə başa çatıb.

Qarşılaşmada hesabı 55-ci dəqiqədə "Real Sosedad"ın hücumçusu Portu açıb. “Real Madrid” bu dəqiq zərbəyə yalnız 89-cu dəqiqədə cavab verə bilib - Vinisius Junior hesabı bərabərləşdirib.

"Real Madrid" 25 matçda 53 xal yığaraq İspaniya La Liqasının yarış cədvəlində üçüncü yer tutur. "Real Sosedad" 42 xalla beşinci yerdə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi