​"Real Madrid"in sabiq futbolçusu beynəlxalq axtarışa verilib

​"Real Madrid"in sabiq futbolçusu beynəlxalq axtarışa verilib O, çirkli pulların yuyulmasında ittiham olunur
Futbol
30 Aprel , 2015 18:23
​Real Madridin sabiq futbolçusu beynəlxalq axtarışa verilib

Bakı. 30 aprel. REPORT.AZ/ İspaniyanın "Real Madrid" klubunun sabiq futbolçusu Freddi Rinkon beynəlxalq axtarışa verilib. 

"Report"un məlumatına görə, Rinkon narkobaron Pablo Rayon ilə əlaqədə və çirkli pulların yuyulmasında ittiham edilir.

Sabiq futbolçu karyerası ərzində "Palmeyras", "Napoli", "Real Madrid", "Korintians", "Santos" və "Kruzeyru" komandalarının uğurları üçün çalışıb. O, Kolumbiya yığmasının heyətində 3 dəfə dünya çempionatında çıxış edib.

Son xəbərlər

Orphus sistemi