"Real Madrid"in kapitanı ağrıkəsicilər vasitəsi ilə oynayıb

"Real Madrid"in kapitanı ağrıkəsicilər vasitəsi ilə oynayıb İspaniyanın "Real Madrid" klubunun kapitanı Serxio Ramos zədələnib.
Futbol
435
16 Yanvar , 2021 12:00
Real Madridin kapitanı ağrıkəsicilər vasitəsi ilə oynayıb
Serxio Ramos

İspaniyanın "Real Madrid" klubunun kapitanı Serxio Ramos zədələnib.

"Report" "Marca"ya istinadən xəbər verir ki, 35 yaşlı müdafiəçinin sol dizində problem aşkarlanıb.

Təcrübəli futbolçu ölkə superkubokunun yarımfinalda “Atletik”ə 1:2 hesabı ilə uduzduqları matçda ağrıkəsici vasitəsi ilə oynayıb.

Tibbi müayinədən sonra Ramosun zədəsinin nə dərəcədə ciddi olduğu müəyyənləşəcək.

Qeyd edək ki, Serxio Ramos 2020/2021 mövsümündə "Real Madrid" forması ilə 18 matçda iştirak edib. O, 3 qol və 1 məhsuldar ötərmə ilə yadda qalıb.

Son xəbərlər

Orphus sistemi