"Real Madrid"in futbolçusu XXI əsrin rekorduna imza atıb

"Real Madrid"in futbolçusu XXI əsrin rekorduna imza atıb İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kərim Benzema yeni rekorda imza atıb.
Futbol
571
23 Sentyabr , 2021 09:00
Real Madridin futbolçusu XXI əsrin rekorduna imza atıb

İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kərim Benzema yeni rekorda imza atıb.

"Report" "OptaJose" nəşrinə istinadən xəbər verir ki, 34 yaşlı hücumçu buna La Liqanın VI turunda "Malyorka"nı 6:1 hesabı ilə məğlub etdikləri matçda nail olub.

Fransalı forvard qarşılaşmada iki qol vurub və eyni sayda məhsuldar ötürmə edib. 

Beləliklə, o, 6 turdan sonra 8 qol və 7 məhsuldar ilə yadda qalıb. Bu da Avropanın "top-5" liqalarında XXI əsrdə bir futbolçu üçün rekord göstərici hesab edilir. Benzema bu görüşdə La Liqada 200-cü qoluna da imza atıb.

Qeyd edək ki, "Real Madrid" 16 xalla turnir cədvəlinə başçılıq edir.

Son xəbərlər

Orphus sistemi