"Real Madrid"in futbolçusu seçkilərə görə Londona aparılmayacaq

"Real Madrid"in futbolçusu seçkilərə görə Londona aparılmayacaq Pandemiya ilə bağlı səyahət məhdudiyyətlərinə görə Marselonun ölkəni tərk etməsi mümkün olmayacaq
Futbol
28 Aprel , 2021 16:43
Real Madridin futbolçusu seçkilərə görə Londona aparılmayacaq
Marselo

İspaniyanın "Real Madrid" klubunun futbolçusu Marselo İngiltərədə "Çelsi"yə qarşı UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununu buraxacaq.

"Report" "El Mundo" nəşrinə istinadən xəbər verir ki, buna səbəb braziliyalı müdafiəçinin mayın 4-də "kral klubu"nda keçiriləcək prezident seçkisində nəzarətçi təyin olunmasıdır.

Düzdür, cavab matçı seçkidən bir gün sonra oynanılacaq. Amma pandemiya ilə bağlı səyahət məhdudiyyətlərinə görə Marselonun ölkəni tərk etməsi mümkün olmayacaq.

Qeyd edək ki, "Çelsi" - "Real Madrid" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi