"Real Madrid"in futbolçusu seçkilərə görə Londona aparılmayacaq
Futbol
- 28 aprel, 2021
- 12:43
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İspaniyanın "Real Madrid" klubunun futbolçusu Marselo İngiltərədə "Çelsi"yə qarşı UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununu buraxacaq.
"Report" "El Mundo" nəşrinə istinadən xəbər verir ki, buna səbəb braziliyalı müdafiəçinin mayın 4-də "kral klubu"nda keçiriləcək prezident seçkisində nəzarətçi təyin olunmasıdır.
Düzdür, cavab matçı seçkidən bir gün sonra oynanılacaq. Amma pandemiya ilə bağlı səyahət məhdudiyyətlərinə görə Marselonun ölkəni tərk etməsi mümkün olmayacaq.
Qeyd edək ki, "Çelsi" - "Real Madrid" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Son xəbərlər
18:24
Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edilib - Yenilə
Hadisə
18:24
ABŞ-də universitetin stadionu yaxınlığında baş verən atışma ilə əlaqədar bir yeniyetmə həbs edilib
Digər ölkələr
18:18
Foto
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti TEGOVA-ya üzv qəbul edilib
Biznes
18:12
Foto
Rövşən Rzayev vətəndaş qəbulu keçirib
Daxili siyasət
18:08
Tehranda Yaxın Şərqdəki vəziyyətlə bağlı dördtərəfli görüş keçirilib
Region
18:05
Elnur Müzəffərov: "Eldəniz Əzizlinin Qazaxıstanda qızıl medal qazanacağına inamımız böyük idi"
Fərdi
18:01
Foto
MDB-yə üzv dövlətlər vergi əməkdaşlığının genişləndirilməsini müzakirə edib
Maliyyə
18:01
"Sustainable Fitch" SOCAR-ın ESG reytinqini "3" səviyyəsində saxlayıb
Energetika
17:55
Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib
Elm və təhsil