"Real Madrid"in futbolçusu müqavilə üçün "İnter"in düşərgəsindədir

"Real Madrid"in futbolçusu müqavilə üçün "İnter"in düşərgəsindədir İspaniyanın Real Madrid klubunun futbolçusu Əşrəf Hakimi İtaliya İnterinə keçməyə yaxındır.
Futbol
30 İyun , 2020 14:44
Real Madridin futbolçusu müqavilə üçün İnterin düşərgəsindədir

İspaniyanın "Real Madrid" klubunun futbolçusu Əşrəf Hakimi İtaliya "İnter"inə keçməyə yaxındır. 

"Report" xəbər verir ki, bu barədə məşhur italiyalı jurnalist Canluki Di Martsio məlumat yayıb. Artıq 22 yaşlı müdafiəçinin tibbi müayinədən keçmək və sonradan müqavilə bağlamaq üçün Milan təmsilçisinin düşərgəsinə gəldiyi bildirilir. 

Onun klubla 5 illik müqavilə imzalayacağı gözlənilir. "İnter" bu keçid üçün 40 milyon avro ödəyəcək. 

Qeyd edək ki, Əşrəf Hakimi 2019/2020 mövsümünü icarə əsasında Almaniyanın "Borussiya" (Dortmund) komandasında keçirib. O, bütün turnirlər daxil olmaqla, 45 matçda meydanda olub, 9 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. 

"İnter" klubu futbolçudan əvvəl yeni mövsüm üçün formalarını təqdim edib. Komandanın əsas formasında yenə mavi və qara rəngdən istifadə edilib. Lakin zolaqlar ziqzaq şəklində olacaq. 

Son xəbərlər

Orphus sistemi