"Real Madrid"in əsas müdafiəçiləri "İnter"lə matçı buraxa bilər

"Real Madrid"in əsas müdafiəçiləri "İnter"lə matçı buraxa bilər İspaniyanın "Real Madrid" komandası UEFA Çempionlar Liqasının qrup mərhələsinin IV tur matçına itkilərlə çıxa bilər.
Futbol
18 Noyabr , 2020 19:37
Real Madridin əsas müdafiəçiləri İnterlə matçı buraxa bilər

İspaniyanın "Real Madrid" komandası UEFA Çempionlar Liqasının qrup mərhələsinin IV tur matçına itkilərlə çıxa bilər.

"Report" "Football Italia"ya istinadən xəbər verir ki, müdafiəçilər Rafael Varan və Serxio Ramosun İtaliyada "İnter"lə oyunu buraxmaq ehtimalı var.

Hər iki futbolçu UEFA Millətlər Liqasının sonuncu tur matçlarında sıradan çıxıb. Ramos İspaniyanın evdə Almaniyanı 6:0 hesabı ilə məğlub etdiyi görüşdə xəsarət alıb. 34 yaşlı ispaniyalı müdafiəçinin bud əzələsində problem aşkarlanıb.

Varan isə Fransanın heyətində evdə İsveçə 4:2 hesabı ilə qalib gəldikləri görüşdə zədələnib.

Qeyd edək ki, İnter - "Real Madrid" matçı noyabrın 25-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi