“Real” klubu Kilian Mbappeyə yekun qərarını açıqlaması üçün vaxt verib
Futbol
- 15 dekabr, 2023
- 11:48
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İspaniyanın “Real” klubu Fransa təmsilçisi PSJ-nin futbolçusu Kilian Mbappeyə yekun qərarını açıqlaması üçün 2024-cü il yanvarın 15-dək vaxt verib.
“Report”un AS nəşrinə istinadən məlumatına görə, Madrid komandasının rəhbərliyi yeni ilin əvvəlində hücumçuya müqavilə təklifi göndərəcək.
“Kral klubu” 25 yaşlı forvarda illik 35 milyon avro maaş təklifi edəcək. Mbappe bunu qəbul edərsə, komandanın ən yüksək ödənişli oyunçusuna çevriləcək. Hücumçu qərarını ən geci yanvarın 15-də qarşı tərəfə bildirməlidir. Əks təqdirdə, ispanlar onun transferindən imtina edəcəklər.
Qeyd edək ki, 2017-ci ildən PSJ-də çıxış edən Kilian Mbappenin müqavilə müddəti cari mövsümün sonuna qədərdir.
Son xəbərlər
09:08
Azərbaycan Kuboku: Bu gün II təsnifat mərhələsinin daha 5 oyunu keçiriləcək
Futbol
09:07
Donald Tramp Putin və Zelenski ilə görüş planlarını açıqlayıb
Digər ölkələr
09:04
Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatında növbəti matçını keçirəcək
Futbol
09:00
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (28.10.2026)
Maliyyə
08:51
Türkiyədə güclü leysan gözlənilir, 20 vilayət üçün xəbərdarlıq edilib
Region
08:45
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.10.2026)
Maliyyə
08:34
ABŞ İsrailə əlavə "Patriot" hava hücumundan müdafiə sistemi göndərəcək
Digər ölkələr
08:23
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur
08:19
Qaradağda selin dağıtdığı körpünün yerində yenisi inşa edilib
İnfrastruktur