"Real" bu il rəqib qapısından cəmi 100 top keçirib

"Real" bu il rəqib qapısından cəmi 100 top keçirib Real Madrid 2019-cu ildə keçirilən bütün yarışlarda rəqib qapısından cəmi 100 top keçirib.
Futbol
24 Dekabr , 2019 00:41
Real bu il rəqib qapısından cəmi 100 top keçirib

"Real Madrid" 2019-cu ildə keçirilən bütün yarışlarda rəqib qapısından cəmi 100 top keçirib.

"Report" xəbər verir ki, bu, "Real"ın tamamilə Kriştian Ronaldusuz keçirdiyi birinci təqvim ilidir. Halbuki Ronaldunun bu komandanın üzvü olduğu vaxt klubun ən pis göstəricisi mövsüm ərzində 130 qoldan ibarət olub.

"Real"ın qollarının belə miqdarı 2010-cu ildə qeydə alınıb.

Xatırladaq ki, Ronaldu ötən ilin yayında Turinin "Yuventus"una keçib. Portuqaliya futbolçusu 2009-cu ildən Madrid klubunun heyətində oynayırdı. "Real"la birlikdə Ronaldu dörd dəfə Çempionlar Liqasının qalibi, iki dəfə İspaniya çempionu olub, habelə ölkənin Super Kubokuna yiyələnib.

"Real" 18 matçda 37 xal toplayaraq yarış cədvəlində 2-ci yer tutur. Turnir cədvəlinin lideri "Barselona"dır.

Son xəbərlər

Orphus sistemi