Bakı. 30 dekabr. REPORT.AZ/ "Xəzər Lənkəran" klubu ilə yollarını ayıran Azərbaycan milli komandasının futbolçusu Rauf Əliyev "Neftçi"yə transfer olunacağı barədə xəbərlərə münasibət bildirib. 25 yaşlı hücumçu "Report"a açıqlamasında bu keçidin hələ həllini tapmadığını söyləyib.
"Düzdür, belə bir söhbət olub, amma ortada yüz faizlik bir şey yoxdur" - deyən R.Əliyev başqa təkliflər də aldığını diqqətə çatdırıb: "Mənimlə həm yerli, həm də Türkiyənin I Liqa klubları maraqlanır. Amma hələ heç nə dəqiqləşməyib".
Qeyd edək ki, Rauf Əliyev "Xəzər Lənkəran"ın strategiyasının dəyişməsi səbəbindən azad agent statusu alıb.