​Rauf Əliyev: "Neftçi" çox zəif oynadı"

​Rauf Əliyev: "Neftçi" çox zəif oynadı" Futbolçu "Sumqayıt" ilə matça 3 xal üçün çıxdıqlarını söyləyib
Futbol
2 May , 2015 03:56
​Rauf Əliyev: Neftçi çox zəif oynadı

Bakı. 2 may. REPORT.AZ/ "İlk hissədə məğlub duruma düşdük və 10 nəfərlə qaldıq. Ancaq uşaqlar ikinci hissədə yaxşı oyun nümayiş etdirdilər. Mübarizə apardılar və qol vurduq".

"Report"un məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında "Neftçi"nin futbolçusu Rauf Əliyev deyib.

Azərbaycan Premyer Liqasının XXXII turunda "Sumqayıt"la ev oyununda 2:2 hesabı ilə bitən matçda səhvlərə yol verdiklərini bildirən hücumçu oyuna 3 xal üçün çıxdıqlarını söyləyib:

"Çünki "Qəbələ" ilə 3-cü yer üçün mübarizə aparırıq. "Neftçi" çox zəif oynadı. Arxa xətdə səhvlərə yol verdik. Komanda qollar vurur, amma müdafiədə səhvlər olur".

Bir müddət xəstəlik səbəbindən yaşıl meydanlardan uzaq qalan 26 yaşlı futbolçu artıq 4-5 gündür məşqlərə başladığını qeyd edib:

"Dünən oyun üçün fiziki məşqlər etdim. Çalışacağam ki, formaya düşüm. Bura gələndən az şans qazana bildim. Xəstələndim, hər şey üst-üstə gəldi. Ancaq oynasam, daha çox şans qazanacağamm".

Milli komandanın baş məşqçisi Robert Prosineçkinin "Neftçi"də milliyə layiq futbolçu yoxdur sözlərinə isə R.Əliyev şərh vermək istəməyib.

Son xəbərlər

Orphus sistemi