Rauf Əliyev: "Azərbaycan futbolunda belə şeyləri gözləmək olar"

Rauf Əliyev: "Azərbaycan futbolunda belə şeyləri gözləmək olar" "Aftandil Hacıyevin istefaya göndərilməsi mənim və ümumilikdə futbol ictimaiyyəti üçün gözlənilməz oldu. Çünki onunla yeni müqavilə bağlanmışdı, amma Azərbaycan futbolunda belə şeyləri gözləmək olar".
Futbol
31 May , 2022 17:01
Rauf Əliyev: Azərbaycan futbolunda belə şeyləri gözləmək olar

"Aftandil Hacıyevin istefaya göndərilməsi mənim və ümumilikdə futbol ictimaiyyəti üçün gözlənilməz oldu. Çünki onunla yeni müqavilə bağlanmışdı, amma Azərbaycan futbolunda belə şeyləri gözləmək olar".

Bunu "Report"a açıqlamasında "Səbail"in futbolçusu Rauf Əliyev klubun baş məşqçi Aftan Hacıyevlə yollarını ayırmasına münasibət bildirərkən deyib.

33 yaşlı hücumçu yeni baş məşqçi Mahmud Qurbanovla hələlik görüşmədiyini söyləyib: "Hər iki müətəxəssisə uğurlar arzulayıram. Futbolçu və ya məşqçi olaraq heç kim daimi deyil. Bu səbəbdən, bu cür proseslərin baş verməsi normaldır".

"Dənizçilər"lə müqaviləsi başa çatan təcrübəli forvard klubla danışığının olmadığını diqqətə çatdırıb: "Hələlik gözləmə mövqeyindəyəm. Başqa təklifim də var, amma ilk olaraq öz klubumu gözləyirəm".

Əliyev bu yaşında karyerasını bitirmək istəmədiyini deyib: "Qarşıdakı günlərdə yekun qərarımı verəcəyəm. Karyeramı bitirməyi düşünmürəm. Hələlik bu barədə fikirləşmək üçün çox tezdir".

Qeyd edək ki, Rauf Əliyev 2020-ci ildən "Səbail"in formasını geyinir.

Son xəbərlər

Orphus sistemi