Ramos "Real Madrid"lə vidalaşarkən ağladı

Ramos "Real Madrid"lə vidalaşarkən ağladı İspaniya "Real Madrid"i ilə yollarını ayıran Serxio Ramos vida məqsədilə təşkil olunan mətbuat konfransında emosiyalarını cilovlaya bilməyib.
Futbol
17 İyun , 2021 15:58
Ramos Real Madridlə vidalaşarkən ağladı
Serxio Ramos

İspaniya "Real Madrid"i ilə yollarını ayıran Serxio Ramos vida məqsədilə təşkil olunan mətbuat konfransında emosiyalarını cilovlaya bilməyib.

"Report"un məlumatına görə, 35 yaşlı müdafiəçi media nümayəndələri qarşısında çıxış edərkən ağlayıb. Yenidən nə vaxtsa "kral klubu"na qayıdacağına inandığını söyləyən təcrübəli oyunçu azarkeşlərə və komanda yoldaşlarına təşəkkür edib. O, doğma klubunun daim ürəyində qalacağını bildirib.

Qeyd edək ki, 2005-ci ildən "Real Madrid"də çıxış edən Serxio Ramos bu komandanın heyətində beşqat İspaniya çempionu olub, 4 dəfə ölkə Superkubokunu, Çempionlar Liqasını və klublararası dünya çempionatını qazanıb. Həmçinin 2 dəfə İspaniya kuboku və UEFA Super Kubokunda qələbə sevinci yaşayıb.

Son xəbərlər

Orphus sistemi