Ramil Şeydayevin "Trabzonspor"dakı taleyinə Sloveniyada aydınlıq gələcək

Futbol
  • 28 iyun, 2018
  • 05:34
Ramil Şeydayevin Trabzonspordakı taleyinə Sloveniyada aydınlıq gələcək

Bakı. 28 iyun. REPORT.AZ/ Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayevin Türkiyənin "Trabzonspor" klubundakı taleyinə iyulda aydınlıq gələcək.

"Report"un yerli mətbuata istinadən verdiyi məlumata görə, hazırda Şeydayevlə yanaşı, ötən mövsümü müxtəlif klublarda icarədə keçirmiş digər oyunçular da Trabzon təmsilçisinin düşərgəsində məşqlərdə iştirak edir. Onlar iyulun 1-də Sloveniyaya təlim-məşq toplanışına da aparılacaqlar. Baş məşqçi Ünal Karaman məhz orada komandada kimlərin qalıb-qalmayacaqlarına qərar verəcək.

Qeyd edək ki, Ramil Şeydayev ötən mövsümü icarə əsasında "Qarabağ" klubunda keçirib. Onun Avstriya Bundesliqasında çıxış edən "Mattersburq"a keçəcəyinə dair xəbərlər yayılıb.   

44 filmi