Ramil Şeydayev: "Komandada rəqabət olmalıdır"

Futbol
  • 30 iyul, 2019
  • 08:24
Ramil Şeydayev: Komandada rəqabət olmalıdır

"İlk qələbəni qazana bilməyimiz əladır. Hamı buna çox sevinir".

"Report"un məlumatına görə, bu fikirləri "İzvestiya"ya açıqlamasında Moskva "Dinamo"su və Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayev Premyer Liqanın III turunda "Ural"ı 2:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.

23 yaşlı hücumçu komandasının yeni hücumçu alması ilə bağlı fikirlərini də bölüşüb. Şeydayev bunun normal olduğunu söyləyib: "Komandada rəqabət olmalıdır".

Qeyd edək ki, "Dinamo" 3 turdan sonra 4 xalla çempionatda 7-ci pillədədir. Moskva təmsilçisi Ramil Şeydayevdən başqa kamerunlu hücumçu Klinton N Jyonu heyətinə qatıb. Azərbaycanlı futbolçu ilə mövsümün sonuna kimi, afrikalı forvardla isə 4 illik müqavilə bağlanılıb. 

44 filmi