Ramil Şeydayev "Dinamo" ilə problemini həll etdi

Ramil Şeydayev "Dinamo" ilə problemini həll etdi Rusiya Futbol İttifaqı (RFS) Mübahisələrin Həlli Palatası qış fasiləsində Moskva Dinamosundan ayrılan Sabahın futbolçusu Ramil Şeydayevlə sabiq klubu arasındakı barışıq sazişini təsdiqləyib.
Futbol
17 Aprel , 2020 20:06
Ramil Şeydayev Dinamo ilə problemini həll etdi

Rusiya Futbol İttifaqı (RFS) Mübahisələrin Həlli Palatası qış fasiləsində Moskva "Dinamo"sundan ayrılan "Sabah"ın futbolçusu Ramil Şeydayevlə sabiq klubu arasındakı barışıq sazişini təsdiqləyib.

"Report"un məlumatına görə, bu barədə qurumun rəsmi saytı xəbər yayıb.

Bildirilib ki, bununla da paytaxt təmsilçisinə yeni futbolçuların qeydiyyatdan keçirilməsi ilə bağlı qoyulan qadağa aradan qalxıb.

Qeyd edək ki, RFS-in Mübahisələrin Həlli Palatası "Dinamo"nu Azərbaycan millisinin üzvü ilə müqaviləyə xitam verildiyi vaxt qayda pozuntuları etdiyi üçün cəzalandırmışdı.

Xatırladaq ki, Ramil Şeydayev "Dinamo"ya 2019-cu ilin yayında "Krılya Sovetov"dan azad agent qismində keçib. 2020-ci ilin yanvarında Moskva klubu 24 yaşlı hücumçu ilə müqaviləni pozduğunu açıqlayıb. R.Şeydayev fevralın 17-də "Sabah"la mövsümün sonunadək sözləşmə imzalayıb.

Son xəbərlər

Orphus sistemi