Rahil Məmmədov: “Farer adalarının bu cür oyununa hazır idik”

Rahil Məmmədov: “Farer adalarının bu cür oyununa hazır idik” Torshavn. 12 oktyabr. REPORT.AZ/ Azərbaycan milli komandasının futbolçusu Rahil Məmmədov Millətlər Liqasının III turunda Farer adaları yığmasını səfərdə 3:0 hesabı ilə məğlub etdikləri görüşdən sonra müsahibə verib.
Futbol
12 Oktyabr , 2018 10:45
Rahil Məmmədov: “Farer adalarının bu cür oyununa hazır idik”
0 : 00
0 : 00

Torshavn. 12 oktyabr. REPORT.AZ/ Azərbaycan milli komandasının futbolçusu Rahil Məmmədov Millətlər Liqasının III turunda Farer adaları yığmasını səfərdə 3:0 hesabı ilə məğlub etdikləri görüşdən sonra müsahibə verib.

23 yaşlı mərkəz müdafiəçisi “Report”un Torshavna ezam olunmuş əməkdaşının da suallarını cavablandırıb.


- Komandada ilk rəsmi oyunun idi. Görüş necə keçdi?

- Oyun çox maraqlı və çətin keçdi. Baş məşqçimizin bizə verdiyi tapşırıqlara tam əməl edib, istədiyimiz nəticəni qazandıq.

- Əvvəlki oyunlarda mərkəz müdafiəçisi Maksim Medvedev oynayırdı. Bu matçda həmin mövqedə start heyətdə çıxış etməyi özün üçün risk saymadınız?

- Xeyr, heç bir risk saymırdım. Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm. Ona görə də baş məşqçimizin bu qərarı mənim üçün gözlənilməz olmadı.

- Oyundan sonra mətbuat konfransında Qurban Qurbanov dedi ki, Rahil Məmmədov da milliyə layiq oyun göstərməyə davam etməlidir və biz də onu milli komanda üçün qazanmalıyıq. Düşünmək olar ki, bundan sonra əsas heyət oyunçusuna çevriləcəksiniz?

- Bu, baş məşqçinin qərarıdır. Layiqli oyun göstərsəm, əsas heyətdə yer alacağam. Əsas heyətdə yer almasam da daha çox çalışıb, məşqçinin mənə şans verməsini gözləyəcəyəm.

- Bugünkü nəticələrdən sonra əsas mübarizənin Azərbaycanla Kosovo arasında gedəcəyini demək olarmı?

- Biz bütün komandalara qarşı eyni yanaşırıq. Qrupda mübarizə aparan hansısa komandanın bizdən zəif olduğunu deyə bilmərik. Çalışacağıq ki, bundan sonrakı bütün oyunlarda maksimum nəticə qazanaq.

- Buradan Bakıya uzun səfər və sonra Malta yığması ilə oyun var. Növbəti çətinlik ola bilərmi?

- Düzdür, yol uzaqdır. Ancaq düşünürəm ki, bərpa prosesi keçmək üçün yetərincə vaxtımız və şəraitimiz var. Maksimum dincəlib, məşqlərimizi keçib, oyuna hazır olacağıq. Bu görüşdən əvvəl də uzaq səfəri və meydanın süni ot örtüklü olmasının oyunumuza təsir edəcəyini deyirdilər. Ancaq mübarizə aparıb, qalib gəldik. Düşünürəm ki, Malta ilə matçda da bütün komanda hazır olacaq.

- Farer Adaları millisi əsasən cinah asmaları ilə oynayan komandadır və bu gün də bu cür etdilər. Bu zaman sizin üzərinizə daha çox yük düşmədi?

- Xüsusi olaraq belə bir tapşırıq almamışdım. Biz bütün komanda ilə onlara qarşı müdafiə olunurduq. Onların görüşlərini təhlil edərkən də əsasən cinahlardan oynadıqlarını bilirdik. Biz də buna hazır idik.

- Ucaboylu olmağınız bu gün köməyinizə gəldimi?

- Yəqin ki, komandanın köməyinə gəldi. Buna görə də sevinirəm.

Son xəbərlər

Orphus sistemi