Rahid Əmirquliyev: "Ümid edirəm ki, istədiyimiz nəticəni əldə edə biləcəyik"
Futbol
- 17 iyul, 2019
- 16:17
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Uzun yol qət etməyimizə rəğmən, əhval-ruhiyyə yaxşıdır. İçimizdə bir inam var. Ümid edirəm ki, istədiyimiz nəticəni əldə edə biləcəyik".
"Report"un Rumıniyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu fikirləri "Səbail"in futbolçusu Rahid Əmirquliyev Krayovada "Universitatya"ya qarşı keçirəcəkləri UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.
30 yaşlı yarımmüdafiəçi bildirib ki, komanda yoldaşı Maykl Essyen kimi "Universitatya"da yaxşı futbolçular var: "İndiyədək bu komandanı izləməmişdim. Amma ilk oyunda 22 və 14 nömrəli futbolçuları bəyəndim".
Qeyd edək ki, iyulun 18-də "İon Oblemenko" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.
Son xəbərlər
09:38
Hondurasda avtobus dərəyə aşıb, doqquz nəfər ölüb
Digər ölkələr
09:16
Nyu-Yorkda baş verən atışmada bir nəfər ölüb, iki nəfər yaralanıb
Digər ölkələr
09:05
Azərbaycan Premyer Liqası: XIII turun növbəti görüşləri bu gün keçiriləcək
Futbol
08:49
Türkiyədə 39 vilayət üzrə hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Region
08:22
Pişik saxlayan insanlarda şizofreniya riski ilə bağlı xəbərdarlıq edilib
Sağlamlıq
08:14
Braziliya Libertadores Kubokunda titulların sayına görə liderliyə yüksəlib
Futbol
07:56
Tramp süni intellekt əvəzinə "superintellekt" terminindən istifadə olunmasını tələb edib
Digər ölkələr
07:11
Trampa bağlı kriptovalyutanın dəyəri iki saata 50 %-dən çox ucuzlaşıb
Digər ölkələr
06:48
Britaniyanın Əmək və Pensiyalar Nazirliyinə qarşı kiberhücum olub
Digər ölkələr