Rahid Əmirquliyev: "Bu qələbənin ardını "Qəbələ" ilə oyunda gətirməliyik"

Rahid Əmirquliyev: "Bu qələbənin ardını "Qəbələ" ilə oyunda gətirməliyik" Oyun ağır keçdi. Neftçi ilə birlikdə 2-ci yeri bölüşən komanda ilə qarşılaşdıq. Asan görüş olmayacağı bəlli idi. Biz də yaxşı hazırlaşmışdıq. Çempionatdakı yerimiz yaxşı deyil. Bundan öncə də yaxşı oyunlarımız olmuşdu, ancaq qələəb qazana bilməmişdik.
Futbol
8 Fevral , 2020 00:20
Rahid Əmirquliyev: Bu qələbənin ardını Qəbələ ilə oyunda gətirməliyik

"Oyun ağır keçdi. "Neftçi" ilə birlikdə 2-ci yeri bölüşən komanda ilə qarşılaşdıq. Asan görüş olmayacağı bəlli idi. Biz də yaxşı hazırlaşmışdıq. Çempionatdakı yerimiz yaxşı deyil. Bundan öncə də yaxşı oyunlarımız olmuşdu, ancaq qələəb qazana bilməmişdik.

"Qarabağ" bizdən çox güclüdür, amma onlara qarşı pis mübarizə aparmamışdıq. Yaxşı hazırlaşdıq, istədiklərimizi meydanda etdik və qalib gəldik".

"Report"un məlumatına görə, bunları "Səbail"in kapitanı Rahid Əmirquliyev səfərdə "Keşlə"1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XVI tur matçından sonra keçirdiyi brifinqdə deyib.

31 yaşlı yarımmüdafiəçi qış fasiləsində edilən dəyişikliklərin komandaya təsirindən də danışıb: "Çox oyunçu dəyişikliyi olanda biz də çətinlik çəkirik. Onlara öyrəşmək üçün vaxt lazımdır. Buna baxmayaraq, yaxşı kollektivik. Son yerlərdə olsaq da, yuxarı pillələrə qalxmaq istəyirik. Bizə klub daxilində hələ vəziyyətin necə olacağı barədə nəsə deyilməyib. Onsuz da sona qədər oynamalıyıq. Çalışacağıq ki, irəli addımlayaq".

Bu qələbə sayəsində sonuncu pillədən qurtulan "Səbail" axırıncı pilləyə enən "Qəbələ" ilə növbəti turda evdə qarşılaşacaq. Əmirquliyev "qırmızı-qaralar"la xal fərqinin böyük olmadığını xatırladıb: "Düzdür, son pillədən çıxdıq, amma xal fərqi çox deyil. Növbəti turda oyunumuz "Qəbələ"yə qarşı olacaq. Çalışacağıq ki, evdə qələbənin ardını gətirək və onlardan uzaqlaşaq".

"Avropa Liqasına vəsiqə qazanmaq üçün lazım olan yerdən çox aralıyıq. Futbolda hər şey ola bilər. Çoxdan idi ki, qalib gəlmirdik. Bu qələbə bizim üçün vacib idi. Artıq inamımız daha da artacaq və daha çox xal yığacağıq. Buna inanırıq", - deyə təcrübəli futbolçu fikirlərini tamamlayıb.

Son xəbərlər

Orphus sistemi