Qvatemalalı qapıçı: "Bakıda insanlar səmimi və istiqanlıdırlar"

Qvatemalalı qapıçı: "Bakıda insanlar səmimi və istiqanlıdırlar" "Elə davranırlar ki, sanki illərdir bu ailənin üzvüsən. Harada olmağına rəğmən, hamısı çox istiqanlıdır və ilk kömək etməyə çalışırlar"
Futbol
5 Oktyabr , 2020 10:19
Qvatemalalı qapıçı: Bakıda insanlar səmimi və istiqanlıdırlar
Nikolas Hagen

"Bu şəhərdə fərqli mədəniyyətlər mövcuddur. İnsanlar dostcanlı və səmimidirlər".

"Report"un məlumatına görə, bu fikirləri "Səbail"in qapıçısı Nikolas Hagen "futbolcentroamerica.com" nəşrinə açıqlamasında Bakıdakı vəziyyəti barədə danışarkən deyib.

Qvatemalalı qolkiper bildirib ki, burada özünü evindəki kimi hiss edir: "Elə davranırlar ki, sanki illərdir bu ailənin üzvüsən. Harada olmağına rəğmən, hamısı çox istiqanlıdır və ilk kömək etməyə çalışırlar".

Qeyd edək ki, 24 yaşlı qapıçı 2020/2021 mövsümün əvvəlində ölkəsinin "Munisipal" klubundan "Səbail"ə keçib.

Son xəbərlər

Orphus sistemi