Qurban Qurbanovun anası dünyasını dəyişib

Qurban Qurbanovun anası dünyasını dəyişib Mərhumə ilə vida mərasimi bu gün anadan olduğu Zaqatalada keçiriləcək
Futbol
256
18 Aprel , 2017 09:22
Qurban Qurbanovun anası dünyasını dəyişib

Bakı. 18 aprel. REPORT.AZ/ "Qarabağ" futbol komandasının baş məşqçisi Qurban Qurbanova ağır itki üz verib. "Report"un məlumatına görə, 45 yaşlı mütəxəssisin anası Güləbatın xanım bu gecə dünyasını dəyişib. 

Mərhumla vida mərasimi bu gün anadan olduğu Zaqatalada keçiriləcək.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəhbərliyi ölkə futbol ictimaiyyəti adından AFFA-nın İcraiyyə Komitəsinin üzvü, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova anası Güləbatın xanımın vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Eyni məzmunlu başsağlığı mətnini "Qarabağ"ın icarəyə götürdüyü Tofiq Bəhramov adına Respublika stadionu da kollektivi adından yayımlayıb. 

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi