Qurban Qurbanov: "Son 2 turda öz oyunumuzdan uzaqlaşmışdıq"

Qurban Qurbanov: "Son 2 turda öz oyunumuzdan uzaqlaşmışdıq" "Xal itkiləri gözləniləndir. "Sabah"la matçda çempionluğu əldə edə bilərdik. Amma gərginlik var idi. Bu gün optimal heyətlə oynasaq da, çox çatışmazlıq oldu. Son 2 turda öz oyunumuzdan uzaqlaşmışdıq. Hər bir halda normal baxıram. Yaxşı qələbə oldu".
Futbol
252
12 May , 2022 20:59
Qurban Qurbanov: Son 2 turda öz oyunumuzdan uzaqlaşmışdıq
Qurban Qurbanov

"Xal itkiləri gözləniləndir. "Sabah"la matçda çempionluğu əldə edə bilərdik. Amma gərginlik var idi. Bu gün optimal heyətlə oynasaq da, çox çatışmazlıq oldu. Son 2 turda öz oyunumuzdan uzaqlaşmışdıq. Hər bir halda futbolçularımı təbrik edirəm. Onları motivasiya etmək asan deyil. Yaxşı qalibiyyət əldə etdilər. Bol qollu oyun oldu. Matçın sonlarına yaxın bəzi dəyişikliklər etdik".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Sumqayıt"a 5:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XVI turdan təxirə salınmış matçından sonra deyib.

50 yaşlı mütəxəssis rəqibin görüşə pis başlamadığını bildirib: "Oyunu müdafiədən qurmaq istəyirdilər. Erkən vurduğumuz qol onların planlarını dəyişdi və boşluqlar daha çox oldu. Hər oyunda dəyişiklər edəcəyik ki, oyunçular idman formalarını qoruyub saxlaya bilsinlər. Tam olaraq, kubokun finalı üçün düşündüyümüzü deyə bilmərəm. Dəyişikliklər olacaq. İstəyirəm ki, bütün futbolçulara şans verim".

Təcrübəli baş məşqçi son olaraq Patrik Andrade və gürcüstanlı qapıçı Luka Quqeşaşvili ilə danışıqların davam etdiyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi