Qurban Qurbanov "Qarabağ"ın Çempionlar Liqasındakı rəqibini dəyərləndirib

Qurban Qurbanov "Qarabağ"ın Çempionlar Liqasındakı rəqibini dəyərləndirib "Balkan klublarına qarşı oynamaq bizə həmişə çətin olub"
Futbol
22 İyun , 2015 16:44
Qurban Qurbanov Qarabağın Çempionlar Liqasındakı rəqibini dəyərləndirib

Bakı. 22 iyun. REPORT.AZ/ Azərbaycanın "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov komandaya Monteneqro "Rudar"ını rəqib edən futbol üzrə Çempionlar Liqasının II təsnifat mərhələsinin püşkünün nəticəsini dəyərləndirib. "Report"un məlumatına görə, 43 yaşlı mütəxəssis ilk növbədə komandasının hazırlığını düşündüklərini bildirib.

Məlum səbəblərdən "Qarabağ"ın hələ tam yığışa bilmədiyini deyən Q.Qurbanov iyunun 24-dən tam heyətlə hazırlığa başlayacaqlarını söyləyib. Bu baxımdan baş məşqçi ilk oyunadək maksimum hazır olmağa çalışmalarını vacib sayıb.

Rəqibə gəldikdə, Q.Qurbanov bildirib ki, "Rudar"la oyun çətin olacaq: "Balkan klublarına qarşı oynamaq bizə həmişə çətin olub. Həm də onlar bizi daha yaxşı tanıyırlar. Bu dəfə də istisna deyil. Belə deyərdim ki, bu oyun bizə hamısından daha önəmlidir. Bu mərhələ "pley-off" qarşılaşmasından daha önəmlidir". 

Son xəbərlər

Orphus sistemi