Qurban Qurbanov: "Ndlovunun məni diktator adlandırmasını pis fikir kimi qiymətləndirməzdim"

Qurban Qurbanov: "Ndlovunun məni diktator adlandırmasını pis fikir kimi qiymətləndirməzdim" "Bu, kluba verilən dəyərdir"
Futbol
6 May , 2018 23:41
Qurban Qurbanov: Ndlovunun məni diktator adlandırmasını pis fikir kimi qiymətləndirməzdim

Bakı. 6 may. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının 26-cı turunda evdə "Neftçi”yə uduzan (0:1) "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalislərin suallarını cavablandırıb.

"Report" xəbər verir ki, Qurbanov əvvəlcə oyunla bağlı fikirlərini bildirib:

- Rəqibi təbrik edirəm. Məğlub olsaq da, komandamın oyunundan razı qaldım. Meydanda yaxşı futbol izlədik. Hər halda, mübarizə var idi. Məğlub olmaq istəmirdim. Komandada qalib əhval-ruhiyyəsini qoruyub saxlamaq lazımdır. Neçə oyundur uduzmurduq. Buna görə, komanda daxilində bir həyəcan var idi ki, hər an uduza bilərik.

Coşqun Diniyevin əvəzlənməsi qol epizodunda yol verdiyi səhvə görə idi?

- Qoldan başqa da, bəzi səhvləri var idi. Buna görə, eyni səhvlərin təkrarlanmaması üçün onu əvəzlədim.

Riçard Almeydanın oynamamasının səbəbi nə idi?

- O, həm zədəlidir, həm də sarı vərəqəsi var idi.

Dino Ndlovu sizin barənizdə diktaror olduğunuzu deyib. Onun fikirləri sizi əsəbləşdirmir ki?

- Bunları pis fikir kimi qiymətləndirməzdim. Bu, klubun məcəlləsində də yazılıb ki, futbolçu intizamlı olmalıdır. Şəxsi həyatına da diqqət yetirməlidir. Fikrimcə, bu, kluba verilən dəyərdir. Elə futbolçularımız var ki, oyun səviyyəsi hərdən aşağı düşür. Onlara nəzarət etmək lazımdır.

Futbolçuların şəxsi həyatına nəzarət sırf sizin nəzarətinizdədi?

- Bu barədə məlumat verə bilmərəm.

Bezotosnının milliləşdirilməsi ilə bağlı məlumatlar nə dərəcədə həqiqətə uyğundur?

- Bu barədə mənim məlumatım yoxdur. Ancaq hansısa mövqedə problem olsa, ola bilsin bu addımı nə vaxtsa ata bilək.

"Qəbələ” ilə son turdakı oyunun Bakıda keçirilməsi ehtimalı var...

- Bu barədə məndə heç bir məlumat yoxdur.

Oyunun sonunda Ramil Şeydayev və Miçel arasında gərginlik yaşandı.

- Mən belə bir şey görmədim. Hamı burda öz yerini bilir. Futbolçular özündən böyüyə hörmət edirlər. Məncə, ciddi heç nə yoxdur.

Çempionluğu təmin etmisiz, ola bilər ki, bəzi legionerləri vaxtından əvvəl istirahətə göndərəsiz?

- Ola bilsin, milli komandanın üzvlərinə bir qədər tez icazə verdim.

Son xəbərlər

Orphus sistemi