Qurban Qurbanov: "Millətlər Liqasının qarşıdakı oyunları üçün yığmaya yeni futbolçuların cəlb edilməsi mümkündür"

Qurban Qurbanov: "Millətlər Liqasının qarşıdakı oyunları üçün yığmaya yeni futbolçuların cəlb edilməsi mümkündür" Bakı. 1 oktyabr. REPORT.AZ/ “Millətlər Liqasında 4 oyunumuz var. Çox ciddi hazırlaşırıq. Hazırda əsas diqqətimiz Farer adaları ilə matça yönəlib”.
Futbol
1 Oktyabr , 2018 11:22
Qurban Qurbanov: Millətlər Liqasının qarşıdakı oyunları üçün yığmaya yeni futbolçuların cəlb edilməsi mümkündür
Qurban Qurbanov / Report/Firi Salim

Bakı. 1 oktyabr. REPORT.AZ/ “Millətlər Liqasında 4 oyunumuz var. Çox ciddi hazırlaşırıq. Hazırda əsas diqqətimiz Farer adaları ilə matça yönəlib”.

“Report” xəbər verir ki, bunu futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov Millətlər Liqası barəsində danışarkən deyib. 46 yaşlı mütəxəssis bildirib ki, oktyabrın 11-də III tur çərçivəsində Farer adaları ilə səfər matçında maksimum nəticə əldə etməyi düşünürlər.

Q.Qurbanovun sözlərinə görə, əvvəlki oyunlarla müqayisədə milli komandada dəyişiklik ola bilər. O, heyətdə yeni futbolçuların olmasının mümkünlüyünü söyləyib.

Qeyd edək ki, milli komanda oktyabrın 14-də IV tur çərçivəsində Kosovonu qəbul edəcək. D Liqasında III qrupda yer alan Qurbanovun rəhbərlik etdiyi kollektiv hazırda 2 xalla 3-cü pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi