Qurban Qurbanov "Liverpul"un sabiq müdafiəçisini fərqləndirib

Qurban Qurbanov "Liverpul"un sabiq müdafiəçisini fərqləndirib "Boyum o qədər də uzun deyil. Amma hava toplarında çox yaxşı olmuşam".
Futbol
23 May , 2022 15:25
Qurban Qurbanov Liverpulun sabiq müdafiəçisini fərqləndirib

"Boyum o qədər də uzun deyil. Amma hava toplarında çox yaxşı olmuşam".

"Report" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) Gənclər və İdman Nazirliyinin “Məşqçilərimizi tanıyaq” layihəsində idman ictimaiyyətinin nümayəndələri ilə görüşdə deyib.

50 yaşlı mütəxəssis futbolçu karyerasında üz-üzə gəldiyi ən çətin oyunçunun adını açıqlayıb.

O, Finlandiya yığmasının və İngiltərə "Liverpul"unun sabiq müdafiəçisi Sami Hüpiya ilə dueldə hava mübarizələrində çətinliklə üzləşdiyini söyləyib: "Alessandro Nesta və Fabio Kannavaro kimi oyunçulara qarşı daha çox hava toplarında qalib ayrılırdım. Finlandiya ilə görüşdə komanda yoldaşlarıma deyirdim ki, həmin rəqibə qarşı daha yaxın oynayacağam. Prinsip aparırdım ki, onu üstələməliyəm. Amma heç birində üstələyə bilmədim".

Qurbanov ən yadda qalan iki qolu barədə də danışıb: "Yığmada Serbiya və Çernoqoriyaya və Rusiya "Fakel"indəki ilk matçımdakı akrobatik tullanışla vurduğum qolları qeyd edərdim".

Son xəbərlər

Orphus sistemi