Qurban Qurbanov: "Kayrat"a qalib gəlmək üçün daha istəkli olmalıyıq"

Qurban Qurbanov: "Kayrat"a qalib gəlmək üçün daha istəkli olmalıyıq" "
Futbol
20 Oktyabr , 2021 12:09
Qurban Qurbanov: Kayrata qalib gəlmək üçün daha istəkli olmalıyıq

"Hamımız bu qarşılaşmaya ciddi hazırlaşmışıq. Oyundan-oyuna məsuliyyət daha da artıq. Qrupdakı hər xalın sonda bizə çox böyük köməyi dəyə bilər".

"Report"un məlumatına görə, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Qazaxıstanın "Kayrat" klubuna qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup mərhələsinin III tur oyunundan əvvəl mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis bəzən rəqiblərin açıqlamalarını izlədiyini bildirib: "Kayrat" matça çox ciddi yanaşır. Onların "Bazel"lə oyununa baxmışam. Hesabı kənara qoyaq. Bu bizi aldada bilər. İsveçrə komandasına qarşı yaxşı oynadılar. Rəqibin təcrübəli futbolçuları var. Qalib gəlmək üçün əvvəlki oyunlardan daha istəkli olmalıyıq. Meydanda hər şeyə əl atacağıq. Futbolçulara inanıram. Onların özlərini yaxşı tərəfdən göstərəcəyini bilirəm".

Qurbanov Almatı təmsilçisinin fərqli futbol sərgilədiyini sözlərinə əlavə edib: "Müdafiə futbolu oynayırlar və tez-tez əks-hücumlara çıxırlar. Biz topun sürətini artırmalıyıq. Mütləq səbrli olmalıyıq. Hər komandanın istənilən rəqibə qalib gəlmək potensialı var. Sonadək hər dəqiqə diqqətli olmalıyıq. Bəzən rəqib də bizim düşünmədiyimizi meydanda edir. Bunlara hazırlı olmaq lazımdır. Ağıllı müdafiə olunmağı bacarmalıyıq. Görüş ərzind oyunun tempini qaldırmağa çalışacağıq".

Qeyd edək ki, oktyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Kayrat" oyunu saat 20:45-də başlanacaq.

Son xəbərlər

Orphus sistemi