Qurban Qurbanov: "İlk dəfə rəqib baş məşqçiyə ürəkdən uğurlar arzuladım"

Qurban Qurbanov: "İlk dəfə rəqib baş məşqçiyə ürəkdən uğurlar arzuladım" "Maraqlı oyun alındı. Xüsusilə də ikinci hissə daha gərgin keçdi. Azlıqda qalandan sonra da temp düşmədi. Hər iki komanda istəkli idi. Komandamdan razı qaldım. Yorğunluq yox idi. Rəşada uğurlar arzu edirəm. Qarşıdakı oyunlar bizim üçün daha da çətin olaca
Futbol
2073
25 Oktyabr , 2020 18:13
Qurban Qurbanov: İlk dəfə rəqib baş məşqçiyə ürəkdən uğurlar arzuladım
Qurban Qurbanov

"Maraqlı oyun alındı. Xüsusilə də ikinci hissə daha gərgin keçdi. Azlıqda qalandan sonra da temp düşmədi. Hər iki komanda istəkli idi. Komandamdan razı qaldım. Yorğunluq yox idi. Rəşada uğurlar arzu edirəm. Qarşıdakı oyunlar bizim üçün daha da çətin olacaq. Başqa yolumuz yoxdur. Futbolçularımızı həm çempionat, həm də avrokubok matçlarına kökləməliyik".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının VII turunda səfərdə "Zirə" ilə qolsuz heç-heçə etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

48 yaşlı mütəxəssis bildirib ki, zədəlilərin durumuna yaxın günlərdə aydınlıq gələcək: "Mahir Emreli oynaya bilər, amma start heyətdə meydana çıxması çətindir. Bədavi isə sual altındadır. Hələ komandaya qoşulmayıb. Fərdi qaydada məşq edir. Sabah ümumi durumuna baxacağıq. Maksim komanda ilə 2 məşq etmişdi. Çox yorulmuşdu. Ona görə bu gün əsas heyətdə oynamadı".

"Zirə"yə rəhbərlik edən "Zirə"nin baş məşqçisi Rəşad Sadıqovla duel barədə danışan baş məşqçi bunları deyib: "Rəşadla məşqlərdə rəqib olmuşuq. Səmimi olmağa çalışıram. Hər baş məşqçiyə oyundan əvvəl və sonra uğurlar arzu edirəm. Amma matçdan əvvəl bir az bu hisslər fərqli olur. Bu gün ilk dəfə özümüzü düşünmədən ona səmimi qəlbdən uğurlar dilədim".

Qurbanovun sözlərinə görə, bütün komandalar "Qarabağ"ı yaxından tanıyır. Matçın gedişində fərqli hücumlar qurduq. İkinci hissədə Zubiri meydana buraxmaqla fərqli taktika seçdik. Bəzi məşqçilər qarşı bunu edirik. Hər iki komandanın qol epizodları oldu. Əvvəl də burada oynamışıq, amma asan olmayıb".

Son xəbərlər

Orphus sistemi