Qurban Qurbanov: "Böyük qürurla Ağdamda oynayacağıq"

Qurban Qurbanov: "Böyük qürurla Ağdamda oynayacağıq" "İnanıram ki, komandanın həm kapitanı, həm baş məşqçisi olmuş Allahverdi Bağırov və digər şəhidlərimizin ruhu şaddır"
Futbol
20 Noyabr , 2020 12:49
Qurban Qurbanov: Böyük qürurla Ağdamda oynayacağıq
Qurban Qurbanov

"Bu gün bizim üçün çox böyük gündür. İllərdir həsrətini çəkdiyimiz torpaqlara geri dönürük və klub olaraq təmsil etdiyimiz Ağdam şəhəri artıq bu gün işğaldan azad olunur. İnanıram ki, komandanın həm kapitanı, həm baş məşqçisi olmuş Allahverdi Bağırov və digər şəhidlərimizin ruhu şaddır".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

"Böyük qürurla Ağdamda oynayacağımız ilk oyunu gözləyirik. Bir daha başda cənab Ali Baş Komandan olmaqla ordumuza bizə bu hissləri yaşatdığı üçün təşəkkür edirəm", - 48 yaşlı mütəxəssis əlavə edib.

Son xəbərlər

Orphus sistemi