Qurban Qurbanov: "Bəzi oyunlarda çətinlik çəkirik"

Qurban Qurbanov: "Bəzi oyunlarda çətinlik çəkirik" "Qəbələ" məğlub olsa da, öz oyun intizamını qorudu"
Futbol
256
2 Mart , 2021 20:29
Qurban Qurbanov: Bəzi oyunlarda çətinlik çəkirik
0 : 00
0 : 00

"Pis oyun alınmadı. Temp sonadək düşmədi. "Qəbələ" məğlub olsa da, öz oyun intizamını qorudu. Futbolçularımdan razı qaldım. Bəzi oyunlarda çətinlik çəkirik. Artıq bu görüşü unutmalıyıq".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Qəbələ"ni 3:0 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının XVIII turunun oyunundan sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis bildirib ki, bəzən uduzulan oyunlar komandanın xeyrinə olur: "Amma "Neftçi" ilə matçadək 3 oyun keçirmişdik və məhsuldarlığımız pis deyildi. Derbilərdə bəzi hallar olur ki, futbolçulara pis təsir edir. İstənilən məğlubiyyətdən dərs çıxarmaq lazımdır".

Qurbanov penalti zərbəsini yerinə yetirəcək futbolçunu əvvəlcədən müəyyənləşdirdiyini söyləyib: "Paltardəyişmə otağında yazılı formada göstərilib ki, penalti olsa, kim vuracaq".

Son xəbərlər

Orphus sistemi