Bakı. 11 yanvar. REPORT.AZ/ "Təəssüf ki, təkcə Türkiyədə yox, digər ölkələrdə də legioner həyatı yaşayan futbolçularımız yox dərəcəsindədir. Bu, bizim üçün böyük problemdir".
"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi
Baş məşqçi Superliqanı izlədiyini və "Beşiktaş"a azarkeşlik etdiyini də açıqlayıb: "Çox oyuna baxıram. Təbii ki, ilk növbədə, Türkiyə millisinə daha çox azarkeşlik edirik. Demək olar ki, "ay-ulduzlular"ın bütün oyunlarına baxıram. Bunu deməliyəm: Daha çox "Beşiktaş"a azarkeşlik edirəm. Lakin avrokubok oyunlarında hər birini öz komandamız kimi dəstəkləyirik".
Qeyd edək ki, "Qarabağ" hazırda Antalyada təlim-məşq toplanışındadır.