Qriqorçuk: "Uğursuz hadisələrdən sonra qalib gəlmək möhtəşəmdir"

Qriqorçuk: "Uğursuz hadisələrdən sonra qalib gəlmək möhtəşəmdir" “Qəbələ”də titul əldə etmək üçün çox şey qurban vermişəm"
Futbol
18 Aprel , 2018 22:49
Qriqorçuk: Uğursuz hadisələrdən sonra qalib gəlmək möhtəşəmdir
Report

Bakı. 18 aprel. REPORT.AZ/ "Elə bir andır ki, başımıza gözəl hadisə gəldi. Qalibiyyətə ehtiyacımız var idi. Çox sevincliyəm. Sevincim ona görədir ki, titul uğrunda mübarizə aparırıq. Ona görə şadam ki, bu anda belə qələbə qazandıq. Başımıza inanılmaz şeylər gəlirdi. Hansı ki, başqa komandalar belə şeyi 20 oyundan bir yaşayır. Lakin biz hər oyun uğursuzluqla üzləşdik. Bu qələbənin əhəmiyyəti böyükdür".

“Report” xəbər verir ki, bunu Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Neftçi”ni mübarizədən kənarlaşdıran (1:2, 3:1) “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

Ukraynalı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:

Stankoviçin erkən əvəzlənməsi gözlənilməz idi…

- Bizim üçün gözlənilməz deyildi. Onun əvəzlənməsi zədə ilə bağlı idi. Bəlkə yüngül zədə hesab oluna bilər. Əvvəl də belə hallarla üzləşmişdik. Buna görə risk etmədik. Baş verən uğursuz hadisələrdən sonra qalib gəlmək möhtəşəmdir. Cavid Hüseynovun soyuqqanlılıqla penaltini yerinə yetirməsini qeyd edərdim. Bu şəkildə qələbə əldə etməyimiz gücümüzü göstərdi.

Finalda həmyerliniz Yuri Maksimovun çalışdırdığı “Keşlə”yə rəqib oldunuz. Maksimov bildirib ki, prinsipiallıq naminə onunla rəqib olmaq istərdim.

- Buna şəxsən təəccübləndim. Biz Ukraynada rəqib olmuşuq. Oyunlarımızda prinsipiallıq olub. Maksimova indi də hörmət edirəm. Onunla şəxsi prinsipim yoxdur. Final görüşündə prinsipial qələbə qazanmaq istəyirik.

3-cü dövrədə bu cür oyun niyə alınmırdı?

- Sistemli şəkildə qalib gəlmək üçün 4 aspekt lazımdır: fiziki, taktiki, hərəkət, psixioloji amillər. “Neftçi”yə ilk oyunda uduzmuşduq. Dabo həmin matçda çıxış etməmişdi. “Zirə” ilə görüşdə qapıçımız zədələndi. 3 əsas oyunçumuz yox idi. Bunlar hamısı oyuna təsir edir. “Qəbələ”də titul əldə etmək üçün çox şey qurban vermişəm.

“Qarabağ”la “Qəbələ” arasında rəqabət var. Finalda rəqibinizin “Keşlə” olmasına sevindiniz, yoxsa “Qarabağ”ın olmamasına görə təəssüflənirsiz?

- “Qarabağ” hamıdan üstündür. Biz onlara çatmaq istəyirdik, amma alınmadı. Bunun üçün vaxt lazımdır.

İlqar Qurbanovun durumu necədir?

- Paltardəyişmə otağında gördüm. Ciddi bir şey yox idi.

Son xəbərlər

Orphus sistemi