Qonsalo İquain "Yuventus"dən ayrıldı

Qonsalo İquain "Yuventus"dən ayrıldı Turinin "Yuventus" futbol klubu argentinalı hücumçu Qonsalo İquaindən ayrılıb.
Futbol
611
18 Sentyabr , 2020 03:51
Qonsalo İquain Yuventusdən ayrıldı
Qonsalo İquain

Argentinalı hücumçu Qonsalo İquain Turinin "Yuventus" futbol klubundan ayrılıb.

“Report” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti bildirib.

Qeyd edilir ki, 32 yaşlı hücumçu ilə müqavilə hər iki tərəfin razılığı ilə pozulub.

İquain "Yuventus"da 2016-cı ildən çıxış edirdi. O, 2018 və 2019-cu illərdə "Milan” və "Çelsi"də icarə əsasında oynayıb. Hücumçu "Yuventus"da üç dəfə İtaliya çempionatını udub, iki dəfə İtaliya Kubokuna sahib olub.

Argentinalı hücumçu həmçinin xüsusi halda, üç dəfə "Real"ın heyətində İspaniya çempionatının qalibi olub, bir dəfə “Napoli”nin geyimi ilə İtaliya Kubokunu, “Çelsi”nin heyətində isə UEFA Avropa Liqasını qazanıb.

O, karyerasına Argentinanın "River Pleyt" klubunda  başlayıb.

İquain Argentina yığmasının heyətində DÇ-2014-ün gümüş medalına, eləcə də Amerika Kubokuna (2015, 2016-cı illər) yiyələnib.

Son xəbərlər

Orphus sistemi