​Qətər futbol üzrə Dünya çempionatı-2022-də spirtli içki satışına icazə verəcək

​Qətər futbol üzrə Dünya çempionatı-2022-də spirtli içki satışına icazə verəcək "Dünya çempionatı zamanı bəzi yerlərdə alkoqol içmək mümkün olacaq"
Futbol
29 Yanvar , 2015 05:10
​Qətər futbol üzrə Dünya çempionatı-2022-də spirtli içki satışına icazə verəcək

Bakı. 29 yanvar. REPORT.AZ/ Qətərdə 2022-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatı zamanı spirtli içki satışına icazə veriləcək.

"Report" TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə DÇ-2022-nin Təşkilat Komitəsinin bəyanatında bildirilir.

"Spirtli içki qəbulu Qətərin mədəni xüsusiyyətlərinə aid deyil. Bununla belə, dünya çempionatı zamanı bəzi yerlərdə alkoqol içmək mümkün olacaq. Detallar turnirin keçirilməsinə az qalmış məlum olacaq", - deyə bəyanatda qeyd olunur.

Qətərin qanunlarına görə, spirtli içkilərin yayılması və qəbulu bar və beynəlxalq otellər xaric hər yerdə qadağandır. Ölkəyə spirtli içki gətirilməsi də qanunla qadağan edilir.

Son xəbərlər

Orphus sistemi